Avropa
Almaniya BMT-də uduzdu: Rusiyanın əməlidir?
Almaniya 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilə bilməyib.
Publika.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrində bildirilib.
Qərbi Avropa ölkələri qrupunda iki vakant yer uğrunda Almaniya, Portuqaliya və Avstriya mübarizə aparıb. Səsvermənin nəticələrinə görə, 134 səs toplayan Portuqaliya və 131 səs qazanan Avstriya Təhlükəsizlik Şurasına seçilib. Almaniyanın namizədliyini isə 104 dövlət dəstəkləyib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful məğlubiyyətin səbəblərindən birinin ölkənin seçki kampaniyasına gec qoşulması olduğunu bildirib. Onun sözlərinə görə, bu amil Almaniyanı rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salıb.
Nazir həmçinin qeyd edib ki, Berlinin Ukraynaya dəstəyi və beynəlxalq məsələlərdə tutduğu mövqe də səsvermənin nəticələrinə təsir göstərən amillərdən biri ola bilər. Bu məsələdə Rusiya amili önə çəkilir. O, Almaniyanın İsrail və Yaxın Şərqdəki vəziyyətlə bağlı xüsusi məsuliyyət daşıdığını da vurğulayıb.
BMT Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa qurumun daimi üzvləridir. Digər 10 ölkə isə Baş Assambleya tərəfindən iki illik müddətə seçilir.
Səsvermənin yekunlarına əsasən, 2027-2028-ci illər üçün Qırğızıstan, Zimbabve və Trinidad və Tobaqo da Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib. Qırğızıstan üçün bu, ölkə tarixində ilk belə uğur olub.
Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi





















.jpg)



.jpg)















