Avropa
Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
Fransanın paytaxtı Parisdə məşhur kitabxanalardan nadir rus klassik ədəbiyyatı nümunələrinin oğurlanmasında ittiham olunan 7 Gürcüstan vətəndaşının məhkəməsi başlayır.
Publika.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Bildirilir ki, iş son illərdə Avropanın müxtəlif ölkələrində kitabxanalarda baş verən nadir kitab oğurluqları ilə bağlı genişmiqyaslı araşdırmaların bir hissəsi hesab olunur. İstintaq bu hadisələrin mütəşəkkil cinayət şəbəkəsi ilə əlaqəli ola biləcəyini istisna etmir.
Prokurorluğun iddiasına əsasən, oğurlanan kitablar arasında rus klassiklərinin qiymətli, milyonlarla avro dəyərində olan nadir nəşrləri yer alır. Təqsirləndirilən şəxslərə cinayət məqsədli razılaşma, cinayət hazırlığı və mədəni sərvətlərin oğurlanması maddələri üzrə ittihamlar irəli sürülüb. Onları 10 ilə qədər həbs cəzası gözləyə bilər.
Müttəhimlərdən ikisi qiyabi qaydada mühakimə olunur - onların barəsində həbs orderi verilib. Digər iki şəxs isə daha əvvəl Litva və Estoniyada oxşar cinayətlərə görə məhkum edilib və məhkəmədə iştirak üçün müvəqqəti olaraq Fransaya təhvil verilib.
İstintaq materiallarında qeyd olunur ki, oğurluqlar Almaniya, İsveçrə və Çexiyada da qeydə alınıb və bu səbəbdən "Europol" və "Eurojust"un iştirakı ilə birgə istintaq qrupu yaradılıb. Məlumatlara görə, oğurlanan kitabların bir hissəsi sonradan Rusiyada keçirilən hərraclarda satılıb.
Adəm
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)






.jpg)















