Avropa
Ukraynadan Belarusa TƏZMİNAT TƏLƏBİ - “Real qarşıdurma baş versə...”
"Hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna Belarusdan müəyyən kompensasiya almalıdır".
Publika.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor "Apostrof" nəşrinə verdiyi müsahibədə bildirib.
Səfir Belarus tərəfindən "təzminat" ödənilməsi məsələsini "asan olmayan" bir mövzu kimi qiymətləndirib. O, Belarusun "şərikli təcavüzkar" olduğunu bildirib, lakin əlavə edib ki, bu məsələnin həlli hərbi əməliyyatların sonunda Belarusun hansı statusda olacağından çox asılıdır.
"Müəyyən kompensasiya nəzərdə tutulmalıdır. Çox şey müharibənin gedişində bizim hansı Belarusla qarşılaşacağımızdan asılıdır. Hələ müharibənin necə bitəcəyini bilmirik. Hazırda Belarusla informasiya gərginliyimiz var. Bəs real qarşıdurma baş versə və biz hərbi-sənaye kompleksinin məhv edilmiş obyektləri hesabına təzminatımızı alsaq?" - deyə o bildirib.
Mayın sonunda Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bəyan edib ki, Rusiya dondurulmuş təxminən 210 milyard avroluq aktivlərini geri almayacaq və bu vəsait vurulan zərərin kompensasiyası kimi Ukraynaya verilə bilər.
May ayında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Belarus prezidenti Aleksandr Lukaşenkonu Rusiyaya qarşı yaradılacaq "xüsusi tribunal" tərəfindən mühakimə olunmalı siyasətçi və məmurlar sırasında göstərib. Həmin ay Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İrina Mudra qeyd edib ki, Ukrayna təkcə Rusiyanı deyil, həm də Belarus, KXDR və İranı mühakimə etməlidir.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi













.jpg)



.jpg)






.jpg)















