Avropa
Keçmiş və yeni baş nazir - Hansı daha varlıdır?
Macarıstanın hazırkı Baş naziri Peter Madyarın sələfi Viktor Orbandan xeyli varlı olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu nəticə hər iki şəxsin milli parlamentin saytında dərc olunan 2025-ci il üçün gəlir bəyannamələrində qeyd olunub.
Rəsmi məlumatlara görə, Orbanın bank hesablarında təxminən 25,6 min avro var. O, həyat yoldaşı ilə birlikdə Budapeştdə evə və doğulduğu Felçut qəsəbəsində daşınmaz əmlaka sahibdir. Sənədlərdə səhm və ya digər qiymətli kağızlar göstərilməyib, həmçinin onun borcu yoxdur. Seçkilərdə məğlub olduqdan sonra o, 100 min avro məbləğindəki təzminatını Zakarpatyada yerləşən uşaq evinə bağışlayıb.
Eyni zamanda, Madyar ümumi məbləği 197 min avro olan qiymətli kağızlar bəyan edib, üstəlik, 14 min avro nağd pulu var. Sənədlərdən məlum olub ki, onun Budapeştdə evi, 49 kvadratmetrlik mənzili, Balaton gölü yaxınlığında torpaq sahəsi, "Volvo XC60" avtomobili, "Yamaha" pianinosu və iki rəsm əsəri var. Yeni Baş nazirin 60 min avro məbləğində krediti mövcuddur.
Aprelin 13-də Macarıstanda birpalatalı parlamentə seçkilər başa çatıb. Nəticədə müxalifətçi "Tisa" partiyası böyük səs çoxluğu ilə qələbə qazanıb. Peter Madyarın siyasi qüvvəsi parlamentdə konstitusiya çoxluğu əldə edib ki, bu da ona digər fraksiyaların dəstəyi olmadan qanunlar qəbul etməyə imkan verir.
Hüseyn İbadlı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü


































.jpg)



