Avropa
Britaniyalı siyasətçidən 8 yaşlı qızı vasitəsilə qisas alıblar
Böyük Britaniyanın sabiq deputatı və "Breksit"in fəal tərəfdarlarından olan Duqlas Karsvell səkkiz yaşlı qızının Londondakı məktəbdən çıxarıldığını iddia edib.
Publika.az xəbər verir ki, bu barədə o, "Independent" nəşrinə danışıb.
Karsvellin sözlərinə görə, hadisə Avropa İttifaqından çıxışın tərəfdarlarına qarşı göstərilən əsassız və aqressiv münasibətin nəticəsində olub.
Siyasətçi Entoni Seldonun kitabı üçün yazdığı məqalədə qeyd edib ki, referendumdan əvvəl "Breksit" tərəfdarlarına sadəcə qəribə insanlar kimi baxılırdı. Lakin səsvermədən sonra onlar mediada irqçi və hətta Kremlin agentləri kimi təqdim edilməyə başlanıb.
Karsvell hesab edir ki, nifrətin artması ilə bağlı səsləndirilən ittihamlar uydurma olub və seçkidə qalib gələnlərin hədəfə alınması şəxsi xarakter daşıyıb.
O, həmçinin referendumdan sonrakı dövrdə Boris Conson və Maykl Qouvun fəaliyyətini sərt tənqid edib. Karsvell onların ilk mətbuat konfransında özlərini inamsız apardıqlarını və dərhal daxili çəkişmələrə başladıqlarını bildirib.
Sabiq deputatın fikrincə, məhz bu qarşıdurma Tereza Meyin hakimiyyətə gəlməsinə səbəb olub. O, Meyin "Breksit" danışıqlarını isə mənasız adlandırıb.
Karsvell əlavə edib ki, Böyük Britaniya bu gün də həmin yanlış qərarların nəticələrini yaşayır. Onun sözlərinə görə, ölkə formal olaraq Avropa İttifaqından ayrılsa da, “Avropa xəstəliyi” adlandırdığı problemlərdən xilas ola bilməyib və vəd edilən böyük dəyişikliklər baş verməyib.
Adəm
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...


















.jpg)
.png)





.jpg)














