Avropa
Britaniyada miqrant qəzəbi: Bıçaqlı hücumdan sonra şəhər alova büründü - VİDEO
Şimali İrlandiyanın paytaxtı Belfastda iyunun 9-u axşam saatlarında miqrantlara qarşı kütləvi etiraz aksiyaları başlayıb.
Publika.az xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan bıçaqlı hücum görüntüləri olub. Kadrlarda şübhəlinin yerli sakinə ardıcıl bıçaq zərbələri endirdiyi əks olunub.
Polisin məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən şəxs Sudandan olan 30 yaşlı qaçqındır. Ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Ağır yaralanan zərərçəkən xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisənin terror aktı kimi qiymətləndirilmədiyini bildirib.
Kütləvi aksiyalara çağırışı sağçı fəal Tommi Robinson edib. Bundan sonra yüzlərlə etirazçı Belfast küçələrinə axışıb.
İğtişaşlar zamanı avtobus, avtomobillər və zibil konteynerləri yandırılıb. Əsas magistral bağlanıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Şimali İrlandiya polisi sakinləri sakitliyə çağırıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer hücumu "dəhşətli hadisə" adlandırıb. Şimali İrlandiyanın beş ən böyük siyasi partiyasının liderləri isə iğtişaşların dayandırılmasına və hüquq-mühafizə orqanlarının araşdırmanı maneəsiz aparmasına çağırıblar.
Bildirilib ki, şübhəli şəxs 2023-cü ildən Böyük Britaniya ərazisində qanuni əsaslarla yaşayır.
Adəm
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...

















.jpg)
.png)






.jpg)














