Avropa
"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.
Publika.az xəbər verir ki, o, bu barədə İrlandiyanın RTE televiziya kanalına müsahibəsində danışıb.
Kaya Kallas bildirib ki, danışıqlar prosesi hər zaman komanda işi tələb edir və Avropa İttifaqının belə bir qrup formalaşdırmaq üçün bütün zəruri institutları mövcuddur.
Onun sözlərinə görə, yaradılacaq komandada Rusiyanı yaxşı tanıyan şəxslər təmsil olunmalıdır.
“Belə desək, komandada həm “yaxşı polis”, həm də “pis polis” rolunu oynayan insanlar olmalıdır. Lakin əsas məsələ onların Avropa İttifaqının maraqlarını müdafiə etməsidir”, - deyə Kallas vurğulayıb.
Aİ diplomatiyasının rəhbəri təşəbbüsünü şəxsi peşəkar təcrübəsi ilə əsaslandırıb. O qeyd edib ki, uzun illər hüquqşünas kimi fəaliyyət göstərib və çoxsaylı danışıqlarda iştirak edib. Kallasın fikrincə, bu təcrübə komanda yanaşmasının vacibliyini sübut edir.
Bununla yanaşı, o bildirib ki, hər hansı danışıqlara başlamazdan əvvəl Avropa ölkələri təhlükəsizlik məsələləri üzrə vahid mövqe formalaşdırmalıdır. Kallas hesab edir ki, bu olmadan Moskva ilə effektiv dialoq qurmaq mümkün deyil.
Adəm
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...

















.jpg)
.png)






.jpg)














