Avropa
Aİ bu ölkələrin vətəndaşları üçün viza qaydalarını sərtləşdirir
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) viza siyasətinin daha da sərtləşdirilməsini nəzərdə tutan yeni tədbirlər paketi hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
Bildirilib ki, payızda təqdim olunması planlaşdırılan dəyişikliklər təhlükəsizlik səbəbləri ilə viza verilməsindən imtina üçün əlavə meyarların tətbiqini nəzərdə tutur. Yeni məhdudiyyətlərin ilk növbədə Rusiya, Belarus və İran vətəndaşlarına şamil ediləcəyi qeyd olunur. Bununla belə, siyahının gələcəkdə genişləndirilə biləcəyi istisna edilmir.
Avropa Komissiyasının nümayəndəsi Markus Lammert daha əvvəl açıqlamasında qeyd edib ki, rusiyalılara verilən vizaların sayı son illərdə kəskin azalıb. Onun sözlərinə görə, bu göstərici 4 milyondan bir qədər artıq 500 minə düşüb.
Xatırladaq ki, iyunun əvvəlində azı 11 Avropa ölkəsi yay turizm mövsümü ərəfəsində rusiyalıların Şengen zonasına giriş qaydalarının sərtləşdirilməsi ilə bağlı Avropa Komissiyasına müraciət ünvanlayıb. Sənədi Baltikyanı üç ölkə, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveç, eləcə də Aİ-yə üzv olmayan İslandiya və Norveç imzalayıb.
Adəm
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...

















.jpg)
.png)






.jpg)














