Avropa
Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
Avropa Birliyində Çinin rus əsgərlərinə Ukraynaya qarşı müharibəyə qatılmaq üçün təlimlər keçməsinə dair dəlillər var. Pekin bunu rəsmi olaraq təkzib etsə də, bir neçə nüfuzlu beynəlxalq agentlik Çin silahlı qüvvələrinin ötən il Çində ən azı 200 rus hərbçisinə gizli şəkildə təlim keçdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Adının açıqlanmasını istəməyən Avropa Birliyinin yüksək vəzifəli məmurlarından biri "Suspilne" nəşrinə bildirib ki, ittifaqda Rusiya ilə Çin arasında belə bir "əməkdaşlığa" dair kifayət qədər dəlilləri var.
"Aidiyyəti üzrə fəaliyyət göstərən xidmətlərimiz bu cür təlimlərin Çinin bir neçə yerində keçirildiyini təsdiqləyib. Söhbət yüzlərlə insandan gedir. Lakin bu, çinlilərin indiyə qədər bizə təqdim etdiyi məlumatlar, dedikləri fikirlər ilə ziddiyyət təşkil edir. Bu, konkret olaraq əsgərin döyüşə hazırlanmasıdır. Hansılar ki, onların bəziləri sonradan müharibəyə gedib və ya birbaşa cəbhə xəttində xidmətə başlayıb", - deyə nəşr Avropadakı mənbəsinə istinadən yazıb.
Müəllif: Tural
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...


















.jpg)
.png)





.jpg)














