Avropa
Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı “yaşıl işıq” yandırdı
Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara başlamağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib
O deyib ki, danışıqlar iyunun 15-də başlayacaq, lakin bu, çoxillik prosesin yalnız ilk addımıdır.
Baş nazir qeyd edib ki, Ukrayna hökuməti Zakarpatya macarlarının hüquqları ilə bağlı tarixi sazişi yerinə yetirməyi rəsmən öhdəsinə götürdüyü üçün Macarıstan iyunun 15-də, bazar ertəsi günü Aİ ilə Ukrayna arasında ilk danışıqlar blokunun açılmasına razılıq verə bilib.
Madyar üzvlük prosesinin uzunmüddətli olacağını vurğulayıb. O, buna nümunə olaraq Monteneqronu göstərib və həmin ölkənin üzvlüklə bağlı danışıqlarının hələ 2012-ci ildə başladığını, lakin indiyədək başa çatmadığını xatırladıb.
Xatırladaq ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban Ukraynanın və ya hər hansı digər ölkənin Avropa İttifaqına daxil olmasının onun öz nailiyyətlərinə əsaslanmalı olduğunu bəyan etmişdi.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə












.png)












.jpg)














