Avropa
Orban yenidən lider seçildi
Macarıstanın keçmiş baş naziri Viktor Orban Budapeştdə keçirilən 32-ci qurultayda "Fides" partiyasının sədri vəzifəsinə yenidən seçilib.
Publika.az "M1" telekanalına istinadla xəbər verir ki, sədr vəzifəsinə yeganə namizəd olan Orban gizli səsvermə zamanı 737 etibarlı səsdən 729-nu toplayıb.
Qurultayda partiya sədrinin dörd müavini də seçilib. Beləliklə, Kinqa Qal, Yanoş Boka, Alpar Gyöporoş və Balaj Kreçi partiya rəhbərliyinin yeni tərkibini formalaşdırıblar.
Tədbir çərçivəsində nümayəndələr partiya orqanlarının hesabatlarını təsdiqləyib, miqrasiya siyasəti və milli suverenlik kimi məsələlərə dair sənədləri qəbul ediblər. "Fides"in təşkilati strukturunda da dəyişikliklər edilib, idarəetmə sistemi yenidən nəzərdən keçirilib və milli rəhbərliyin tərkibi genişləndirilib.
Qurultayda çıxış edən Orban partiyanın siyasi xəttinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, kadr heyətinin yenilənməsi planlarını açıqlayaraq, gələcəkdə gənc nəsillərin rəhbər vəzifələrə cəlb edilməsinin əhəmiyyətini qeyd edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə












.png)












.jpg)














