Avropa
Bu dörd ölkədən İranla bağlı vacib qərar: Hazırıq
İtaliya, Fransa, Almaniya və Böyük Britaniya Tehran və Vaşinqton arasında əldə edilən razılaşmadan sonra İrana qarşı sanksiyaları ləğv etməyə hazırdırlar.
Publika.az xəbər verir ki, bu barədə dörd Avropa ölkəsinin birgə bəyanatında bildirilib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi 19 iyunda İsveçrədə imzalanacaq anlaşma memorandumunun tamamlandığını təsdiqləyiblər.
İtaliya hökumətinin yaydığı bəyanatda deyilir:
"ABŞ və İran arasında anlaşma memorandumunun elan edilməsini səmimi qəlbdən alqışlayırıq... İran nüvə silahı əldə etməməlidir. Biz bu məsələdə ABŞ, İran və MAQATE ilə işləməyə hazırıq. İranın nüvə proqramı ilə bağlı açıq və etibarlı addımlarına cavab olaraq müvafiq sanksiyaları ləğv etməyə hazırıq".
Böyük Britaniyanın Baş naziri Kir Starmer xüsusi olaraq qeyd edib ki, London, zərurət yaranarsa, mina təmizləmə üçün Parislə birlikdə aparıcı rol oynadığı "müstəqil çoxtərəfli missiya" yaratmağa hazırdır.
Müəllif: Tural
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə












.png)












.jpg)














