Avropa
Aİ-də Kallas böhranı: Diplomatik xidmətin rəhbərinin taleyi müzakirəyə çıxarılır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın fəaliyyəti Aİ ölkələrinin Xarici İşlər nazirlikləri nümayəndələrinin görüşündə əsas müzakirə mövzularından biri olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) ətrafında narazılıq qurumun 15 il əvvəl yaradılmasından bəri mövcuddur. Lakin avropalı rəsmilər hesab edir ki, son illərdə - xüsusilə Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ prezidenti Donald Trampın sərt ritorikası və Aİ-Çin iqtisadi münasibətlərində artan gərginlik fonunda xidmətin çatışmazlıqları daha açıq görünməyə başlayıb.
Yüksəkvəzifəli avropalı diplomat bildirib ki, EEAS və onun rəhbəri postu fərqli geosiyasi şəraitdə yaradılıb.
“Xidmət daha yaxşı işləyə bilərmi? Bəli. Ali nümayəndə və onun komandası fərqli fəaliyyət göstərə bilərdimi? Böyük ehtimalla, bəli. Avropa Komissiyası da başqa cür hərəkət edə bilərdi”, - diplomat qeyd edib.
Digər diplomatlar isə bildiriblər ki, Lüksemburqda keçiriləcək görüşün rəsmi gündəliyində EEAS-ın islahatı yoxdur. Bununla belə, onlar vurğulayıblar ki, qeyri-rəsmi müzakirələrdə həm bu məsələ, həm də Kaya Kallasın rolu qaçılmaz şəkildə gündəmə gələcək.
Xatırladaq ki, iyunun 11-də Aİ ölkələrinin Kaya Kallasın rəhbərlik etdiyi diplomatik xidmətin fəaliyyətinin səmərəsizliyi səbəbindən qurumda radikal islahat variantlarını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Müəllif: Adəm
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
































.jpg)



