Avropa
Rusiya freqatı Britaniya gəmisinə xəbərdarlıq atəşi açdı
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Admiral Qriqoroviç" freqatı La-Manş boğazında Britaniya yaxtasının yaxınlığında xəbərdarlıq atəşi açıb.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
"Bazar ertəsi günortadan sonra sahil mühafizəsi Rusiya freqatı "Admiral Qriqoroviç"in yaxınlığında hərəkət edən Britaniya bayrağı altında üzən mülki gəmidən xəbərdarlıq atəşi ilə bağlı məlumat alıb. Britaniya gəmisi hər iki gəmi La-Manş boğazında bir-birinə çox yaxın məsafədən keçdikdən sonra freqatın xəbərdarlıq atəşi açdığını bildirib", - deyə məlumatda qeyd olunur.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi "BBC"yə açıqlamasında qurumun La-Manşdakı xəbərdarlıq atəşi ilə bağlı xəbərləri araşdırdığını bildirib. İddialara görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yaxtaya da heç bir ziyan dəyməyib.
İyunun 14-də Böyük Britaniya silahlı qüvvələri La-Manş boğazından keçməyə cəhd edən Rusiya "kölgə donanması"na aid "Smyrtos" tankerini ələ keçirib. Bu əməliyyatda Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














