Avropa
Lyayen qərarını verdi: Üçüncü müddətə namizəd olacaq, ya yox?
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2029-cu ildə keçiriləcək seçkilərdə üçüncü müddətə namizədliyini irəli sürmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası sədrinin aparat rəhbəri Byorn Zaybert bu barədə yüksək vəzifəli rəsmilərlə keçirilən qapalı şam yeməyində açıqlama verib.
Nəşr yazır ki, bu bəyanat son vaxtlar Avropa Komissiyasının departamentlərində aparılan yenidənqurma prosesinin hakimiyyətin hazırkı sədrin əlində daha çox cəmləşdirilməsi məqsədi daşıdığı ilə bağlı narahatlıqları azaltmağa hesablanıb.
Qeyd olunur ki, Avropa Komissiyası sədri üçün təsis müqavilələrində müddət məhdudiyyəti nəzərdə tutulmayıb. Bununla belə, növbəti seçkilər keçirilən zaman Ursula fon der Lyayenin 70 yaşı olacaq.
Müəllif: Adəm
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














