Avropa
Aİ Ermənistana “qapıları açır", erməni konyakının isə bəxti açılmadı - Plan hazırlanır
Avropa Komissiyası Ermənistan mallarının Avropa İttifaqı (Aİ) bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketini hazırlayır. Bu addım Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Ermənistan iqtisadiyyatına dəstək məqsədi daşıyır.
Publika.az xəbər verir ki, məlumatı “Financial Times” yayıb.
Bildirilib ki, Avropa Komissiyası Ermənistanın ixrac məhsulları üçün tariflərin azaldılmasını nəzərdə tutan “avtonom ticarət tədbirləri” üzərində işləyir. Plan xüsusilə ərzaq və kənd təsərrüfatı məhsullarının Avropa bazarına daha asan çıxışını hədəfləyir.
Avropa Komissiyasının nümayəndəsi Olof Qill qeyd edib ki, yeni mexanizmlər daha çox erməni şirkətinin Avropa bazarına daxil olmasına imkan verəcək və Rusiya məhdudiyyətlərindən zərər görən sektorlara dəstək olacaq.
Qeyd olunur ki, təşəbbüsün məqsədi Avropa İttifaqının Ermənistan üçün etibarlı iqtisadi tərəfdaş olduğunu nümayiş etdirməkdir. Planın qəbul olunması üçün Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqi tələb olunur. Təklif Ermənistandan Avropaya ixrac edilən təxminən 20 məhsul kateqoriyasını əhatə edə və illik təxminən 420 milyon avro dəyərində ticarətə təsir göstərə bilər.
Bununla yanaşı, bəzi məhsullar Aİ daxilində müzakirə mövzusu olaraq qalır. Xüsusilə Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak sektoru ilə bağlı narahatlıqlar var. Bu məsələ Fransanın həssas bazar maraqları ilə əlaqələndirilir.
Digər çətinlik isə Ermənistanın dənizə çıxışı olmaması səbəbindən ixrac logistikası ilə bağlıdır. Məhsulların Türkiyə və ya Gürcüstan üzərindən daşınması xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsulları üçün əlavə risk yaradır.
Eyni zamanda, Ermənistanın əsas ixrac bazarlarından biri olan Rusiyada vəziyyət gərginləşməkdədir. May ayından etibarən Ermənistan məhsullarına məhdudiyyətlər tətbiq olunur. Əvvəlcə balıq emalı müəssisələri və çiçək ixracı, daha sonra tərəvəz, göyərti və çiyələk, iyunun 2-dən isə çəyirdəkli meyvələr və üzüm hədəfə alınıb. İyunun 12-dən isə konservlər istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli məhsullara məhdudiyyət qoyulub.
Rusiya tərəfi bu qərarları fitosanitar qaydaların pozulması və təhlükəsizlik riskləri ilə izah edir. Hazırda Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olaraq qalır və ixracın 90 faizindən çoxu məhz bu ölkənin payına düşür.
Müəllif: Adəm
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi






































