Avropa
Universitetə "imtahansız" daxil olan vəhşi: Dərslər dayandırıldı
Kolumbiya Milli Universitetinin Amazonya kampusunda qeyri-adi hadisə baş verib. Kampusun koridorlarında nəhəng yaquarın görünməsi səbəbindən əyani dərslər müvəqqəti dayandırılıb.
Publika.az yerli “Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında qeydə alınıb.
Məlumata görə, universitet ərazisində tələbələr koridorlarda sərbəst hərəkət edən iri yırtıcı ilə üz-üzə gəliblər.
Hadisədən sonra universitet rəhbərliyi dərhal təxliyə və təhlükəsizlik tədbirləri görüb. Əraziyə polis, yanğınsöndürmə xidməti və Cənubi Amazoniyanın Dayanıqlı İnkişaf Xidmətinin əməkdaşları cəlb olunub.
Məlumata görə, yaquar aqressiv davranmayıb, əksinə koridorlarda sakit şəkildə gəzişib, vaxtaşırı uzanaraq dincəlib.
Qısa müddət sonra mütəxəssislər tərəfindən zərərsiz şəkildə tutulan heyvan baytarlıq mərkəzinə aparılıb. Onun 118 kiloqram çəkisi olan erkək yaquar olduğu müəyyən edilib.
Yaquarın tutulmasında iştirak edən baytarlar heyvanın dəri infeksiyasından əziyyət çəkdiyindən şübhələnirlər. O, yaxın günlərdə sərbəst buraxıla bilər.
Müəllif: Adəm
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














