Avropa
Britaniyadan Ukraynaya Moskvanı qorxudacaq vəd - İlin sonuna kimi...
London Kiyevi çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) və zenit raketləri ilə dəstəkləmək niyyətində olduğunu təsdiqləyib.
Publika.az Britaniya Müdafiə Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, bu addım daha genişmiqyaslı dəstək proqramının bir hissəsidir.
Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Böyük Britaniya ilin sonuna qədər Ukraynaya 150 min ədəd pilotsuz uçuş aparatı təqdim edəcək.
Bundan əlavə, Ukrayna tərəfinə hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş 350 raket veriləcək. Bu təchizata çoxməqsədli “Martlet” raketləri, eləcə də müasir radarlar və yerüstü radiolokasiya kompleksləri daxildir.
Kiyevə göndərilən hərbi yardımın ümumi dəyəri 752 milyard funt-sterlinq qiymətləndirilir. Bu məbləğ Londonun 2024-cü ildə elan etdiyi 2,26 milyard funt-sterlinqlik ümumi kredit çərçivəsində ayrılır. Maliyyələşmə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına həyata keçirilir.
Həmçinin Niderlandın Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim etmək planları da açıqlanıb. Bu vəsaitin yarısı Niderlandın müdafiə müəssisələrindən PUA-ların alınmasına yönəldiləcək.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)








.jpg)














