Avropa
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Niderland Avropa İttifaqı daxilində Çinə qarşı ABŞ-ın tətbiq etdiyi tədbirlərə bənzər iqtisadi təzyiq vasitələrinin yaradılmasının tərəfdarıdır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə krallığın Baş naziri Rob Yetten bəyan edib.
Avropa ölkəsi Avropa iqtisadiyyatını qorumaq və rəqabət qabiliyyətini artırmaq üçün Çinlə bağlı addımların daha çox əlaqələndirilməsinin vacibliyi barədə düşünməyə başlayıb. Baş nazir Brüsseldə keçirilən Aİ sammitində bildirib ki, Niderland bu mexanizmin müzakirəsinə açıqdır.
Yettenin sözlərinə görə, Aİ öz iqtisadiyyatını “daha fəal şəkildə qorumalı” və ayrı-ayrı dövlətlərdən asılılığını azaltmalıdır. Eyni zamanda, Brüssel Pekinlə əməkdaşlıqdan imtina edə bilməz. O qeyd edib ki, Avropa və Çin bir-birinə ehtiyac duyur, buna görə də artan iqtisadi fikir ayrılıqlarına baxmayaraq, onların münasibətləri qorunub saxlanılmalıdır.
Daha əvvəl “Bloomberg” agentliyinin məlumatına görə, Avropa İttifaqının hakimiyyət orqanları Çinlə potensial ticarət müharibəsi barədə bəyanat verməyə hazırlaşır. Blok qeyri-balanslı iqtisadi münasibətləri bərpa etməli olan Pekinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərə baxmağa hazırlaşır. Bununla əlaqədar olaraq Avropa Komissiyası müvafiq addımları müzakirə etmək üçün qapalı iclas keçirib. Aİ rəhbərləri bu məsələdə demək olar ki, yekdildirlər: əgər blok operativ şəkildə yenidən qruplaşa, sənayenin rəqabət qabiliyyətini artıra və müasir müdafiə bazası yarada bilməsə, o zaman ABŞ və Çindən asılı vəziyyətə düşəcək.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)








.jpg)














