Avropa
Lukaşenkoya inək hədiyyə edildi: Gündə 30 litr süd verir
Belarus prezidenti Aleksandr Lukaşenkoya Minsk vilayətinə səfəri zamanı “Musya” adlı qırmızı Cersi cinsli inək hədiyyə olunub.
Publika.az BelTA-ya istinadla xəbər verir ki, hədiyyə Uzda rayonundakı "BelInterGen-Agro" müəssisəsinə səfər zamanı təqdim edilib. Şirkətin əsas fəaliyyəti heyvandarlığın inkişafı və südçülük təsərrüfatıdır.
Müəssisə əsasən Holşteyn cinsli mal-qara yetişdirsə də, son illərdə Cersi cinsinin də damazlıq işlərinə başlanılıb. Məlumata görə, hədiyyə edilən inək də bu xətt üzrə yetişdirilib.
Cersi cinsindən olan inəklər kiçik olsa da, yüksək keyfiyyətli süd verməsi ilə tanınır. Onların südü yağ və zülal baxımından zəngin hesab olunur, gündəlik məhsuldarlıq isə 30 litrə qədər çata bilir.
Qeyd edək ki, Lukaşenkoya bundan əvvəl də səfərləri zamanı damazlıq fermalarda inəklər hədiyyə edilib. O, həmin heyvanların təsərrüfatda saxlanılması və ya bölgələrə qaytarılması ilə bağlı qərarları özü verir.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)








.jpg)














