Avropa
Fransa ekstradisiyaya razılıq verdi: Kral nəvəsi hər yerdə axtarılır
Paris Apellyasiya Məhkəməsi Rumıniyanın keçmiş kralı II Karolun nəvəsi Pavel-Filip Hohensollernin Rumıniyaya ekstradisiyası barədə qərar qəbul edib.
Publika.az Rumıniyanın "Ştirile ProTV" telekanalına istinadla xəbər verir ki, qərardan sonra Fransa hüquq-mühafizə orqanları Pavel-Filipi yaşadığı ünvanda tapa bilməyib və onu beynəlxalq axtarışa verib.
Bildirilib ki, Hohensollernin qərardan apellyasiya şikayəti verməsi üçün beş gün vaxtı var. Rumıniya Ədliyyə Nazirliyi isə Paris məhkəməsinin qərarını Fransa ilə Rumıniya arasında səmərəli əməkdaşlığın nəticəsi kimi qiymətləndirib.
Pavel-Filip 2025-ci ilin aprelində Rumıniya hüquq-mühafizə orqanlarının sorğusu əsasında Fransada saxlanılaraq ev dustaqlığına yerləşdirilmişdi. O, Rumıniyada korrupsiya, çirkli pulların yuyulması və vaxtilə kral ailəsinə məxsus torpaq sahələri ilə bağlı saxtakarlıqda ittiham olunur.
77 yaşlı Pavel-Filip daha əvvəl də Avropa ölkələrinin hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. O, 2024-cü ilin əvvəlində Maltada saxlanılmış, iki ay həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı. Malta məhkəməsi onun yaşını və Rumıniya monarxiyasının tarixi ilə bağlı xüsusi statusunu nəzərə alaraq ekstradisiya tələbini rədd etmişdi.
Qeyd edək ki, Pavel-Filip Hohensollern Rumıniyanı 1930-1940-cı illərdə idarə etmiş II Karolun nəvəsidir. O, 2020-ci ildə Rumıniya Ali Cinayət Məhkəməsinin qərarı ilə korrupsiya və daşınmaz əmlak fırıldaqlarına görə 3 il 4 ay azadlıqdan məhrum edilib. Həmin vaxt o, Fransada yaşayırdı.
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO

































.jpg)



