Avropa
Tramp Ukrayna ilə bağlı mövqeyini yumşaldıb - Makron
Fransada 15-17 iyun tarixlərində keçirilən G7 (Böyük Yeddilik) sammitində Ukrayna münaqişəsi ətrafında Qərb ölkələrinin mövqelərinin yaxınlaşdığı iddia olunub.
Publika.az-ın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron bildirib ki, sammit çərçivəsində ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik qeydə alınıb.
Makronun sözlərinə görə, Vladimir Zelenski ilə Tramp arasında baş tutan görüş və Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında əldə edilən “ümumi razılaşma” son günlərin mühüm diplomatik nəticələrindən biri olub.
“Danışıqların keyfiyyəti, Zelenski ilə Tramp arasında aparılan müzakirələr və ilk dəfə olaraq Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında yaxınlaşma ciddi nəticədir”, - deyə Makron bildirib.
Onun sözlərinə görə, Tramp artıq Ukraynanın müharibədə məğlub olduğu fikrini əvvəlki kimi qəti şəkildə qəbul etmir və tərəflər arasında gələcək danışıqlar üçün yeni çərçivə formalaşır.
Tramp isə sammitdən sonra Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında Ukraynanın ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raket istehsalı ilə bağlı müraciətini nəzərdən keçirəcəklərini deyib.
O, münaqişəyə görə məsuliyyətlə bağlı suala isə konkret cavab verməkdən imtina edib. Tramp həmçinin Ukraynadakı vəziyyətin döyüş meydanında “nisbətən yaxşı” olduğunu desə də, Rusiyanın hərbi güc baxımından böyük üstünlüyə malik olduğunu qeyd edib.
Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)








.jpg)














