Avropa
İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
Bedford yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 1 nəfər ölüb, 89 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Şərqi İngiltərə Təcili Yardım Xidmətindən bildirilib.
Məlumata görə, yaralılardan 11 nəfərin həyatı üçün təhlükə var, daha 22 nəfərin isə xəsarəti ciddidir. 56 sərnişinə yüngül xəsarət diaqnozu qoyulub, bir nəfər hadisə yerində dünyasını dəyişib.
Ölən şəxsin qatar maşinisti olduğu bildirilir. Ölü sayının arta biləcəyi istisna edilmir.
***
İngiltərənin mərkəzində yerləşən Bedford şəhəri yaxınlığında iki qatar toqquşub. Qəza Bedford stansiyasından təxminən 4 km cənubda baş verib.
Publika.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
İlkin məlumata görə, London istiqamətində hərəkət edən qatarlardan biri Nottingemdən, digəri isə Korbidən yola düşüb. İkinci qatar arxadan birinci qatarla toqquşub.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















081218_2.jpg)







.jpg)














