Avropa
Melonidən Trampa SƏRT MESAJ - “İtaliya siyasətinə qarışmayın”
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampa öz reytinqinə diqqət yetirməyi və İtaliya siyasətinə qarışmamağı məsləhət görüb.
Publika.az İtaliya hökumət başçısının “Instagram” hesabındakı paylaşımına istinadla xəbər verir ki, bununla da iki ölkə rəhbəri arasında gərginlik artıb.
Buna qədər Tramp öz reytinqini yüksəltmək üçün Meloninin ABŞ-la yenidən dostluq etməyə çalışdığını iddia etmişdi.
“Prezident Tramp, bu davamlı və heç bir əsası olmayan hücumlar mənasızdır. İtaliyadakı populyarlığıma gəlincə, sizinlə dostluq buna heç də kömək etmir”, - deyə Meloni yazıb.
İtaliyanın Baş naziri həmçinin Trampın İrana qarşı əməliyyat zamanı Amerika təyyarələrinin İtaliyadakı bazalara buraxılmaması ilə bağlı iradlarına da cavab verib. Meloni bildirib ki, bazalardan istifadə mövcud sazişlərlə tənzimlənir və Roma həmişə bu qaydalara riayət edib.
Catırladaq ki, Vaşinqton və Roma arasında qalmaqal Trampın Meloninin onunla şəkil çəkdirmək xahişi etdiyini iddia etməsindən sonra yaranıb.
İtaliyanın “La7” telekanalına müsahibəsində Amerika lideri bildirib ki, İtaliyanın Baş naziri guya onunla birgə foto çəkdirmək üçün “yalvarıb”. Ağ Evin rəhbərinin sözlərinə görə, o, buna razılaşmayacaqdı, lakin ona “yazığı gəlib”.
Meloni “X” sosial şəbəkəsində qeyd edib ki, nə o, nə də İtaliya “heç vaxt heç kimdən heç nə xahiş etmir”. Baş nazir həmçinin Trampın müttəfiqlərinə qarşı hörmətsiz münasibətindən təəccübləndiyini ifadə edib.
Hüseyn İbadlı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO

































.jpg)



