Avropa
Zelenski yenidən Belarusa xəbərdarlıq etdi
Volodimir Zelenski Belarus-Ukrayna sərhədi boyunca Rusiyanın Ukraynadakı obyektlərə dron hücumları üçün istifadə etdiyi texniki vasitələrin aşkarlandığını bildirib.
Publika.az Strana.ua nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti bu barədə açıqlama verərək Belarus ərazisindən istifadə edildiyini bildirib.
Zelenskinin verdiyi məlumata görə, Qomel və Brest vilayətlərində dörd retranslyator qeydə alınıb. O bildirib ki, məhz bu vasitələrlə Jitomir, Rovno və Volın vilayətlərinə, həmçinin enerji infrastrukturuna və dəmir yolu qovşaqlarına zərbələr endirilib.
Dövlət başçısı qeyd edib ki, Minskdə hələ də bu avadanlığı oradan yığışdırmaq üçün imkan var.
Bundan əlavə, Zelenski vurğulayıb ki, Kiyev Rusiyanı hərbi texnika üçün ehtiyat hissələri və yanacaqla təmin edən Belarus zavodları haqqında məlumata malikdir.
O, statistikanı açıqlayaraq bildirib ki, cari ilin yanvarından mayınadək Belarusdan Rusiyaya benzin tədarükü həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə, dizel yanacağı isə 3 dəfə artıb. Onun sözlərinə görə, belə dəstək Moskvanın sanksiya təzyiqlərinə daha rahat dözməsinə imkan verir və münaqişənin sona çatmasını uzaqlaşdırır. O əlavə edib ki, Kiyev artıq Belarus rəhbərliyinə hərbi əməliyyatlarda gələcək iştirakın ölkə üçün hansı nəticələrə səbəb ola biləcəyi barədə məlumat verib.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi























.jpg)















