Avropa
Şahbaz Şərif də o görüşdə iştirak edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 21-də İsveçrədə keçiriləcək ABŞ və İran arasında qarşıdan gələn danışıqlarda iştirakını təsdiqləyib.
Publika.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə iranlı diplomatik mənbə məlumat yayıb.
“Baş nazir Şahbaz Şərif və ordu komandanı Asim Munir iyunun 21-də İsveçrədə ABŞ və İran arasında keçiriləcək texniki danışıqlarda iştirak edəcəklər”, — deyə agentliyin həmsöhbəti qeyd edib.
Onun verdiyi məlumata görə, səfərə hazırlıq son mərhələdədir və logistik tədbirlər artıq 70% səviyyəsində tamamlanıb.
İyunun 20-də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqlar aparmaq üçün İsveçrəyə gəldikləri barədə məlumat verilmişdi.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi iyunun 21-də İsveçrənin Bürgenştok kurortunda ABŞ və İran nümayəndələri arasında texniki danışıqların keçiriləcəyini rəsmən elan etmişdi. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətərdən olan vasitəçilər iştirak edəcəklər.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi























.jpg)















