Avropa
Starmerin istefası funtu zəiflətdi - Britaniya bazarlarında ilk reaksiya
Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verəcəyini açıqlayan Kir Starmerlə bağlı xəbərlər ölkənin maliyyə bazarlarına da təsirsiz ötüşməyib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Starmerin istefa qərarından sonra funt sterlinq ucuzlaşmağa davam edib. Britaniya valyutası ABŞ dollarına nisbətdə 0,1 faiz dəyər itirərək 1,3223 dollar səviyyəsinə enib. Eyni zamanda Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ciddi dəyişməyərək 4,85 faiz olub.
“Toronto Dominion Bank”ın Böyük Britaniya və Avropa üzrə faiz dərəcələri strateqi Puca Kumranın sözlərinə görə, Starmerin gedişi ölkədə siyasi kursla bağlı yeni gözləntilər yaradıb. Onun fikrincə, ötən həftə parlamentə seçilən Endi Börnhemin baş nazir postuna əsas namizəd kimi önə çıxması mümkündür.
Analitiklər hesab edirlər ki, bazarlar yaxın dövrdə Böyük Britaniyanın yeni siyasi rəhbərliyinin iqtisadi kursuna diqqət yetirəcək. Xüsusilə dövlət xərclərinin maliyyələşdirilməsi üçün istiqraz satışlarının artması ehtimalı investorların narahatlığına səbəb olur.
Qeyd olunur ki, son həftələrdə ABŞ-İran sülh razılaşması fonunda Britaniya istiqrazlarının gəlirliliyi müəyyən qədər azalmışdı. Bundan əvvəl isə neft qiymətlərinin kəskin bahalaşması səbəbindən may ayında göstərici son 18 ilin ən yüksək səviyyəsinə çatmışdı.
Ekspertlər əlavə edirlər ki, funt sterlinqə təzyiq göstərən amillərdən biri də Starmer hökumətinin siyasi sabitliyi ilə bağlı artan suallar və İngiltərə Bankının faiz siyasətinə dair gözləntilərin dəyişməsi olub. Bu səbəbdən mayın 7-dən bəri funt təxminən 2,5 faiz zəifləyib.
Müəllif: Adəm
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO















.jpg)














.jpg)



