Avropa
Polşa ilə Ukrayna arasında gərginlik: Kaminski mükafatları qaytardı
Polşa Senatının sədr müavini Mixal Kaminski Ukraynanın Polşadakı səfiri Vasil Bodnara ünvanladığı məktubda iki Ukrayna mükafatını geri qaytardığını bildirib.
Publika.az xəbər verir ki, o, mükafatları Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətləri və açıqlamaları ilə əlaqədar təqdim etdiyini izah edib.
“Ukraynanın bütün keçmiş prezidentlərinin və Ukrayna siyasi ictimaiyyətinin böyük əksəriyyətinin dəstəyi ilə qarşılanan Volodimir Zelenskinin hərəkətləri və açıqlamaları ilə əlaqədar olaraq, Ukraynanın Avropaya inteqrasiyası naminə fəaliyyətimə görə layiq görüldüyüm iki Ukrayna dövlət mükafatını geri qaytarmaq qərarına gəldim”, - Mixal Kaminski bildirib.
Kaminski artıq bu mükafatları saxlamağı mümkün hesab etmədiyini deyib. O bildirib ki, bunun səbəbi Ukraynanın ən yüksək hakimiyyət orqanları və siyasi elitasının əhəmiyyətli bir hissəsinin hələ də Volın faciəsinə və Polşa vətəndaşlarının kütləvi qətlinə görə məsuliyyət daşıyanları qınamamasıdır.
Sədr müavini əlavə edib ki, qərarı "dərin təəssüflə" qəbul edib və "xalqlar arasında əsl tərəfdaşlığın yalnız həqiqət, qurbanlara hörmət və qarşılıqlı dürüstlük əsasında qurula biləcəyinə" əmindir.
Konkret mükafatlar göstərilməyib. Lakin açıq mənbələrdə onun 2008-ci ildə Ukraynanın 3-cü dərəcəli "Şərəf" ordeni ilə təltif edildiyi göstərilir.
Müəllif: Tural
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
















.jpg)

.jpg)




.jpg)














