Avropa
Avropa Komissiyasında səlahiyyət savaşı: Lyayen bütün rıçaqları əlində cəmləşdirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səlahiyyətləri öz əlində cəmləşdirdiyi və hətta qurumun sahə üzrə baş direktorluqlarının funksiyalarını məhdudlaşdırdığı iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı rəsmilərə istinadən məlumat yayıb.
Faktiki olaraq Ursula fon der Lyayenin aparatı hesab olunan Avropa Komissiyasının Baş Katibliyinə daha doqquz yüksək vəzifə əlavə ediləcək. Bildirilir ki, Baş Katibliyin gücləndirilməsi 2028-2034-cü illəri əhatə edən və həcmi 1,8 trilyon avrodan çox olan yeddiillik büdcə planının hazırlanması fonunda həyata keçirilir.
Avropa Komissiyasının layihəsinə əsasən, əvvəllər kənd təsərrüfatı siyasəti və regional inkişaf üçün nəzərdə tutulan Avropa İttifaqı fondlarının əhəmiyyətli hissəsinin hərbi sənayenin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, Komissiya üzv dövlətlərdən Aİ büdcəsinin artırılmasını tələb edir.
Nəşrin yazdığına görə, bu dəyişikliklər Baş Katibliyə Aİ büdcə xərclərinə nəzarət etmək üçün daha geniş imkanlar verəcək. Bildirilir ki, Ursula fon der Lyayen artıq regional inkişaf üzrə baş direktorluğun bir sıra funksiyalarını öz aparatına verməyi planlaşdırır.
"Politico"nun mənbələrinin sözlərinə görə, COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılmış Aİ fondunun vəsaitlərinin bölüşdürülməsi ilə məşğul olan bölmənin də gücləndirilməsi nəzərdə tutulur. Həmin vəsaitlərin bir hissəsinin gələcəkdə hərbi sektorun dəstəklənməsinə yönəldilə biləcəyi qeyd edilir.
Nəşr hesab edir ki, bu addımlar Avropa Komissiyası sədrinin təsir imkanlarını daha da artıracaq.
Məqalədə həmçinin qeyd olunur ki, Avropa Komissiyası Aİ fondlarının siyasi məqsədlər üçün istifadə oluna biləcəyini Macarıstan nümunəsində nümayiş etdirib. Belə ki, Viktor Orbanın hakimiyyəti dövründə ölkə üçün nəzərdə tutulan 16 milyard avrodan çox maliyyə vəsaiti müxtəlif istiqamətlər üzrə bloklanıb.
Məlumata görə, həmin vəsaitlərin sonradan açılması siyasi razılaşmalar fonunda baş verib. Bundan sonra Budapeşt Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyinin ayrılmasını, Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukrayna ilə Moldovanın Aİ-yə üzvlüklə bağlı danışıqlarının başlanmasını dəstəkləyib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
















.jpg)

.jpg)




.jpg)














