Avropa
NATO sərhəddə: Kəşfiyyat təyyarəsi Rusiya yaxınlığında havaya qalxdı
NATO-nun uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi olan "Boeing E-3A Sentry" Ukrayna sərhədinin yaxınlığında, Rumıniya səmasında patrul uçuşu həyata keçirib.
Publika.az xəbər verir ki, “uçan radar” iyunun 25-də Bakı vaxtı ilə saat 01:20-yə olan vəziyyətə əsasən Rumıniya ərazisi üzərində dairəvi marşrut üzrə uçuşlar icra edib. Təyyarənin patrul zonasından Rusiya sərhədinədək məsafənin təxminən 280 kilometr olduğu bildirilir.
Kəşfiyyat təyyarəsi uçuşa Şyaulyay şəhərində yerləşən aviabazadan başlayıb və Rumıniya istiqamətində hərəkət edib. O, marşrut boyunca Polşa, Slovakiya və Macarıstan hava məkanından keçərək Ukraynanın qərb hissəsini dövrə vurub.
"Boeing E-3A Sentry" NATO və ABŞ qüvvələrinin əsas hava nəzarət vasitələrindən biri hesab olunur. Təyyarənin əsas fərqləndirici xüsusiyyəti gövdəsinin üzərində yerləşən və diametri 9,1 metr olan fırlanan radar sistemidir. Bu radar aşağı hündürlükdə uçan hədəfləri 375-400 kilometr məsafədən aşkar edə bilir və yer səthindən stratosferədək hava məkanını izləmək imkanına malikdir. Təyyarə yanacaq doldurmadan təxminən 10 saat havada qala bilir.
Bu, NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədləri yaxınlığında qeydə alınan ilk uçuş deyil. İyunun 17-də Kalininqrad vilayəti yaxınlığında "Boeing RC-135W Rivet Joint" müşahidə edilmişdi.
Akqabay
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)






_(1).webp)


















