Avropa
Almaniyada siyasi böhran dərinləşir: Mertsin istefası tələb olunur
Almaniyada müxalif siyasi qüvvələrin hökumətə təzyiqi artır. “Sara Vagenknext İttifaqı - Ağıl və Ədalət Naminə” partiyasının təsisçisi Sara Vagenknext Almaniya kansleri Fridrix Mertsin dərhal istefasını tələb edib.
Publika.az xəbər verir ki, siyasətçi Mertsi səriştəsizlikdə və ölkədəki sistem böhranına görə məsuliyyətdən yayınmağa çalışmaqda ittiham edib.
Sara Vagenknext sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, Merts Almaniyada problemlərin həll olunmamasını müxtəlif bəhanələrlə izah etməyə çalışır.
“Fridrix Merts Almaniyada heç nəyin yerindən tərpənməməsini əsaslandırmaq üçün istənilən bəhanədən istifadə edir. Bəsdir! Almaniyaya işini yerinə yetirən kansler lazımdır”, - deyə o qeyd edib.
Vagenknextin sözlərinə görə, ölkəyə səhvlərinə bəraət qazandıran deyil, real qərarlar qəbul edərək durğunluq vəziyyətindən çıxış yolu tapa biləcək rəhbər lazımdır.
Məlumata görə, kanslerə qarşı tənqidlər onun reytinqinin kəskin aşağı düşməsi fonunda səslənir. "Bild" nəşrinin INSA sosioloji institutunun məlumatlarına istinadən yaydığı xəbərə əsasən, hazırda Mertsin fəaliyyətini Almaniya vətəndaşlarının cəmi 15 faizi dəstəkləyir.
Müəllif: Adəm
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)






_(1).webp)


















