Avropa
Aİ-dən namizəd ölkələrə mükafat: Üzvlükdən əvvəl bu güzəştlər olacaq
Avropa Komissiyası Aİ-yə namizəd ölkələrə bloka tam üzv olmadan əvvəl iqtisadi güzəştlər təqdim etməyi nəzərdə tutan yeni təşəbbüz üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Təşəbbüs Avropa Komissiyasının “tədricən inteqrasiya” planının tərkib hissəsidir. Plan çərçivəsində namizəd ölkələrə bəzi Aİ maliyyələşdirmə proqramlarına çıxış, güzəştli ticarət razılaşmaları və vahid bazara qismən giriş imkanı verilə bilər.
Bildirilib ki, bu addım tam üzvlük prosesi uzun çəkən ölkələri islahatları davam etdirməyə həvəsləndirmək məqsədi daşıyır.
Nəşr qeyd edib ki, əvvəlki təşəbbüslərdən fərqli olaraq, yeni model namizəd ölkələrə siyasi hüquqlar deyil, iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutur.
Fransa və Almaniya bu ideyanı dəstəkləyir. Avropa Komissiyası təşəbbüslə bağlı Aİ ölkələrinin razılığını almağa çalışır və məsələnin oktyabr və ya dekabrda keçiriləcək Avropa Şurası iclaslarında müzakirəyə çıxarılması gözlənilir.
Qeyd olunur ki, ölkələrə veriləcək güzəştlərin həcmi onların həyata keçirdiyi islahatlardan və Aİ qaydalarına uyğunluq səviyyəsindən asılı olacaq.
Akqabay
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)






_(1).webp)


















