Avropa
Bu ölkə Fransa ilə diplomatik münasibətləri kəsdi
Burkina-Faso hökuməti iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilir.
Sənəddə qeyd edilir ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.
Burkina-Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu, Parisin “neokolonial meyillər nümayiş etdirdiyi” vurğulayır. Həmçinin Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyi irəli sürülür.
Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi daşıdığı vurğulanır.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)






_(1).webp)


















