Avropa
Bu ölkə azanı qadağan etməyə hazırlaşır
Danimarka hökuməti ölkə üzrə azanın qanunla qadağan olunmasının mümkünlüyünü yenidən araşdırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, Danimarkanın immiqrasiya naziri Morten Bodskov bildirib ki, hökumət azanın qadağan edilməsinin hüquqi əsaslarının qiymətləndirilməsinə yenidən başlayacaq.
Nazir azanın Danimarkanın ictimai məkanında yerinin olmadığını deyib: "Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz".
O, həmçinin ölkədə artan "islamlaşma"nın ictimai məkanı daha çox zəbt etdiyini irəli sürüb.
Bu, Danimarkada azanın qadağan olunması təşəbbüsünün son altı ildə üçüncü dəfə gündəmə gətirilməsidir. Oxşar təşəbbüslər 2020 və 2025-ci illərdə də müzakirə olunmuşdu.
Bununla belə, təşəbbüsün həyata keçirilməsi hüquqi çətinliklərlə üzləşə bilər. Çünki Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.
Təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə təxminən 100 olduğu bildirilir. (Qafqazinfo)
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)
.jpg)
























