Avropa
Avropa Komissiyasının binasında sıravi əməkdaşlara qarşı ayrı-seçkilik
Avropa Komissiyasının Brüsseldəki qərargahı cümə günü Belçikada həddindən artıq isti hava şəraiti hökm sürdüyü üçün aşağı mərtəbələrində kondisioneri söndürüb, lakin “Politico”nun məlumatına görə, rəhbər şəxslərin - Prezidentin və komissarların əksəriyyətinin ofisləri bundan təsirlənməyib.
Publika.az xəbər verir ki, 13 mərtəbəli Berlaymont binasında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, blokun 26 komissarı və təxminən 3000 işçi çalışır. Bu, və daha yuxarı mərtəbələrdəki komissarların ofislərinin əksəriyyətinə də kondisioner işləməyə davam edib.
Komissiyanın Berlaymont qərargahındakı işçilər günorta saatlarında təcili SMS mesajı alıblar. Mesajda bildirilir ki, ekstremal hava şəraiti səbəbindən birinci mərtəbədən yeddinci mərtəbəyə qədər olan hava-soyutma sistemi günün qalan hissəsi üçün bağlanacaq.
Bu həftənin əvvəlində Komissiya işçilərə günün ən isti saatlarında çölə çıxmamağı, müntəzəm olaraq su içməyi və həddindən artıq istiyə məruz qalmamaq üçün işə daha tez başlamağı tövsiyə edib.
Qismən bağlanma aşağı mərtəbələrdə çalışan işçilərin tənqidinə səbəb oldu. Komissiya rəsmilərindən biri “Politico”ya bildirib ki, bu, feodalizm qaydasıdır. O, vəziyyəti “rüsvayçılıq” adlandırıb.
Soyudulan yuxarı mərtəbələrdə belə temperatur yüksək olaraq qalıb, qapalı məkanda temperatur 25,7 dərəcə Selsi olub.
İstilik dalğası Avropada kondisionerin məhdud olması ilə bağlı müzakirələri yenidən alovlandırıb.
“Politico”ya görə, Avropa ev təsərrüfatlarının yalnız beşdəbirində kondisioner var, Belçikadakı qatarların təxminən 20 faizində isə soyutma sistemləri yoxdur və bu da milli dəmir yolu operatorunun bir neçə pik saat xidmətlərini ləğv etməsinə səbəb olub.
Məqalədə deyilir ki, soyutma sistemlərinin elektrik enerjisi şəbəkəsinə təzyiqi artırması səbəbindən Avropa Parlamentində də bu həftə elektrik kəsintiləri baş verib.
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video








.jpg)
.jpg)

















.jpg)







