Avropa
Bunu prezident kimi sonuncu dəfə edir - “Mən əyilmək istəmədim, çünki...”
Yaxın həftələrdə Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcək və dövlət başçısı, eləcə də parlament üzvləri üçün növbədənkənar seçkilər təyin edəcək.
Publika.az yerli "Novosti" nəşrinə istinadla xəbər verir ki, o, bu barədə Belqraddakı mitinqdə özü bəyan edib.
Toplaşanların qarşısında çıxış edən Vuçiç bildirib ki, bunu prezident kimi sonuncu dəfə edir, çünki "bu həftələr onun üçün vəzifədəki sonuncu həftələrdir".
"Mən Serbiyanı dünyada hər şeydən çox sevdim və sevirəm. Hər an yalnız Serbiya mənim fikrimdə olub və mən yalnız Serbiya uğrunda mübarizə aparmışam. Mən heç kimə yox, yalnız sizə, Serbiya vətəndaşlarına və yeganə vətənimə xidmət etmək istəyirdim", - deyə o bəyan edib.
Vuçiç öz həmvətənlərinə dəstək və etimadlarına görə təşəkkür edib. Onun sözlərinə görə, bu dəstək olmasaydı, o, "bu illər ərzində görülən işlərin heç birini edə bilməzdi".
"Mən əyilmək istəmədim, çünki bilirdim ki, arxamda Serbiya dayanır", - deyə siyasətçi vurğulayıb.
"Serbiya – bir ailədir" mitinqi Belqradda Xalq Skupşinası binasının qarşısında keçirilib. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, orada təxminən 207 min vətəndaş iştirak edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























