Avropa
Almaniyada yeni temperatur rekordu qeydə alındı
Almaniyada davam edən isti hava dalğası fonunda növbəti temperatur rekordu qeydə alınıb.
Publika.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcəyə çatıb. Bununla da ötən gün Saarbrükendə ölçülən 41,3 dərəcəlik rekord yenilənib.
Ekstremal istilər nəqliyyat infrastrukturunda da problemlərə səbəb olub. Yüksək temperatur nəticəsində avtomobil yollarının asfalt və beton örtüklərində zədələr yaranıb. Buna görə də bəzi avtomagistralların müəyyən hissələri qismən bağlanıb, bir sıra ərazilərdə sürət məhdudiyyətləri tətbiq edilib.
Almaniya Dəmir Yolları Şirkəti (Deutsche Bahn) və digər dəmir yolu operatorları sərnişinlərə zəruri olmayan səfərləri təxirə salmağı tövsiyə ediblər. Şəhərlər və Bələdiyyələr Birliyi isə vətəndaşları suya qənaət etməyə çağırıb.
İsti hava Avropanın digər ölkələrində də rekord göstəricilərlə müşayiət olunur. Danimarkada 1874-cü ildən bəri ən yüksək temperatur - 37 dərəcə qeydə alınıb. İsveçrənin Bazel şəhərində temperatur 38,8, Çexiyanın Doksani şəhərində isə 40,6 dərəcəyə yüksəlib.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























