Avropa
Avropa QAYNAYIR - İyun ayı üçün tarixi maksimum yeniləndi
Polşada davam edən anomal istilər səbəbindən iyun ayının yeni temperatur rekordu qeydə alınıb.
Publika.az xəbər verir ki, ölkənin ictimai yayımçısı "TVP World"ün məlumatına görə, iyunun 27-də Almaniya ilə sərhəddə yerləşən Slubits şəhərində termometrlər 38,9 dərəcə Selsini göstərib. Bu, Polşada iyun ayında indiyə qədər qeydə alınan ən yüksək temperatur kimi tarixə düşüb.
Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutu (IMGW) bu göstəricinin iyun ayı üçün əvvəlki 38,3 dərəcəlik rekordu geridə qoyduğunu təsdiqləyib.
Qeyd edək ki, iyun ayının əvvəlki rekordları 2019-cu ildə Tsebr və Radzin şəhərlərində, 2022-ci ildə isə yenə Slubitsdə qeydə alınmışdı. Meteoroloqlar isti dalğasının bu gün və sabah pik həddə çatacağını, ölkənin qərb bölgələrində temperaturun 42 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Əgər bu proqnozlar gerçəkləşərsə, Polşa tarixində mütləq temperatur rekordu yenilənə bilər.
Ölkə tarixinin ən yüksək temperaturu 29 iyul 1921-ci ildə Proşkov şəhərində 40,2 dərəcə Selsi olaraq ölçülüb. Yaranmış vəziyyətlə bağlı rəsmi qurumlar əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara günün ən isti saatlarında birbaşa günəş şüalarından qorunmaq, bol maye qəbul etmək, yaşlılar və uşaqlar üçün əlavə təhlükəsizlik tədbirləri görmək tövsiyə olunur.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























