Avropa
Yenidən ölkənin baş diplomatı ola bilər
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Miliband Xarici İşlər Nazirliyinin rəhbəri postuna qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Observer" məlumat yayıb.
“Mançesterin keçmiş meri Endi Bernem, Milibandın öz administrasiyasında yüksək vəzifəyə təyin olunması imkanını fəal şəkildə nəzərdən keçirir. Variantlardan biri onu Rişi Sunakın Devid Kemeronu təyin etmək üçün istifadə etdiyi nümunəyə uyğun olaraq, Lordlar Palatasında yer verilməklə xarici işlər naziri təyin etməkdir”, - məlumatda deilir.
Qeyd edilib ki, yekun qərar hələ qəbul edilməsə də, Bernem xarici işlər nazirinin beynəlxalq nüfuza malik bir şəxs olmasını istəyir ki, o, Britaniyanın hazırkı Baş naziri Kir Starmerdən daha az xarici səfərlərə vaxt sərf edə bilsin.
İyunun 22-də Starmer Böyük Britaniyanın baş naziri vəzifəsindən getdiyini elan edib. O, hər bir qərarının sevdiyi ölkəni ilk yerə qoymağa yönəldiyini bildirib.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























