Avropa
Daha bir Avropa ölkəsində temperatur rekordu qırıldı
Macarıstanın meteoroloji xidməti "HungaroMet" iyunun 28-də Budapeştdə temperatur rekordunun qeydə alındığını bildirib — termometrin göstəricisi 40 dərəcə Selsiyə yüksəlib.
Publika.az xəbər verir ki, bu, 1870-ci ildə müntəzəm müşahidələrə başlanıldığından bəri bu tarix üçün ən yüksək göstəricidir.
İyunun 28-i üçün əvvəlki rekord 1935-ci ildə müəyyən edilmiş 39,9 dərəcə olub. Baş nazir Peter Madyar xəbərdarlıq edib ki, gələn həftənin əvvəlində temperatur 42 dərəcəyə çata bilər ki, bu da 20 iyul 2007-ci ildə qeydə alınmış 41,9 dərəcəlik mütləq ölkə rekordunu yeniləyəcək.
Anomal istilərlə əlaqədar hökumət fövqəladə tədbirlər tətbiq edib: dövlət qulluqçularına iyunun 29-u və 30-da distant (məsafədən) işləmək tövsiyə olunub, iş yerində olması vacib olanlar üçün isə kondisioner və içməli su ilə təminat yaradılıb. Oxşar tövsiyələr özəl şirkətlərə də verilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























