Rusiya ordusunda ağır itkilər: Ön xətdə bir əsgər cəmi 20 dəqiqə sağ qalır
Bizi izləyin

Avropa

Rusiya ordusunda ağır itkilər: Ön xətdə bir əsgər cəmi 20 dəqiqə sağ qalır

Rusiya ordusunda ağır itkilər: Ön xətdə bir əsgər cəmi 20 dəqiqə sağ qalır

Ukraynadakı cəbhə xəttində döyüşən rus hərbçilərinin sağ qalma müddətinin kəskin şəkildə azaldığı bildirilir.

Publika.az xəbər verir ki, “The New York Times” qəzetinin rusiyalı hərbi müxbirlərin reportajlarına əsaslanan təhlilinə görə, bəzi bölmələrdə əsgərlərin ön xətdə xidmət müddəti cəmi 20-35 dəqiqə təşkil edir.

Tarixçi Peter Frankopan hesab edir ki, yeni hərbi qulluqçuların təlim meydançasına çatmasından döyüşdə həlak olmasına qədər keçən müddət bəzi hallarda 10 gündən üç həftəyədək davam edir. Onun sözlərinə görə, Rusiya ordusu hazırda hər bir öldürülən ukraynalı hərbçiyə qarşı təxminən səkkiz əsgər itirir.

Rusiya rəsmiləri 2025-ci ilin sonunda birillik müqavilələrlə 420 mindən çox yeni hərbçinin cəlb edildiyini açıqlasalar da, dövlət mediası bu göstəricinin 2026-cı ildə təxminən 30 faiz azaldığını etiraf edir. Hərbi bloqçuların məlumatına görə isə ölkə gündəlik 800-1000 arasında yeni könüllü cəlb etməyə davam edir, lakin onların əksəriyyəti cəmi bir neçə günlük hazırlıq kursundan sonra cəbhəyə göndərilir.

Kadr çatışmazlığını aradan qaldırmaq üçün bəzi regionlarda könüllülərə 80 min dollara qədər imza bonusu, həmçinin 140 min dollara qədər borcun silinməsi kimi təşviq paketləri təklif olunur.

Nəşrin məlumatına görə, Rusiya ordusunun yüksək itki verməsinin əsas səbəblərindən biri Ukraynanın geniş şəkildə istifadə etdiyi hərbi dronlardır. Bu texnologiyalar son aylarda döyüş meydanında mühüm üstünlük yaradıb.

Bundan əvvəl yayılan məlumatlara görə, Rusiya ordusu hər ay təxminən 30-40 min hərbçi itirir. Eyni zamanda Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq istəyənlərin sayı azalmaqda davam edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm