Avropa
Aİ-də Rusiyaya qarşı mövqe dəyişir? - Estoniyadan diqqətçəkən etiraf
Avropa İttifaqı daxilində Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinə etiraz edən ölkələrin sayı artır.
Publika.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna “Financial Times” nəşrinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Avropa gələcəkdə Moskva ilə danışıqlarda vasitəçi rolunu üzərinə götürəcəyi təqdirdə neytral mövqe sərgiləməli olacaq. Bu isə anti-Rusiya ritorikasının zəifləməsinə səbəb ola bilər.
Tsaxkna Avropanın Moskva ilə dialoqa başlamaq cəhdlərini hələ tez hesab edib. O, eyni zamanda NATO ölkələrini Ukraynadan Rusiyaya qarşı zərbələri dayandırmağı tələb etməməyə çağırıb. Nazir bildirib ki, Ukrayna pilotsuz uçuş aparatlarının bəzən marşrutdan çıxaraq alyans ölkələrinin ərazisinə düşməsi “ödənməli qiymət” kimi qəbul edilməlidir.
Xatırladaq ki, may ayında Rusiya prezidenti Vladimir Putin bəzi Avropa ölkələri ilə münasibətlərin gələcəkdə bərpa olunacağına ümid etdiyini açıqlayıb. O, Moskva ilə Avropa arasında mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Gerhard Şröderi etibar edilə bilən fiqur kimi qiymətləndirib.
Adəm
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































