Avropa
Eyfel qülləsi öz-özünə uzandı: Səbəb hər kəsi heyrətləndirdi
Fransada müşahidə olunan güclü istilər gözlənilməz nəticəyə səbəb olub. Parisin simvollarından biri olan Eyfel qülləsinin hündürlüyü artıb.
Publika.az xəbər verir ki, bu barədə RTL radiosuna danışan mühəndis və memar Bertran Lemuan məlumat verib.
Onun sözlərinə görə, havanın temperaturunun yüksəlməsi nəticəsində qüllə təxminən 10 santimetr “uzanıb”.
“Temperatur mənfi 10 dərəcədən müsbət 40 dərəcəyə dəyişəndə Eyfel qülləsi təxminən 10 santimetr böyüyür. Bu, hər 10 dərəcə üçün təxminən 2 santimetr deməkdir”, - deyə ekspert bildirib.
Lemuan izah edib ki, qüllənin inşa olunduğu pudlinq dəmiri temperatur dəyişikliyinə həssasdır: isti havada genişlənir, soyuqda isə yenidən sıxılır. Bununla belə, bu dəyişikliklər insan gözü ilə nəzərə çarpacaq səviyyədə deyil.
Adəm
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































