Avropa
Hakan Fidandan Aİ-yə mesaj: Sizdən də bunu gözləyirik
Ankara Avropa İttifaqının Türkiyə ilə münasibətlərini obyektiv meyarlar əsasında və ayrı-seçkilik yanaşmaları olmadan inkişaf etdirməsini gözləyir.
Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan Aİ Xarici İşlər Xidmətinin direktoru Kaya Kallas və Aİ komissarları ilə danışıqlardan sonra bildirib.
"Bu gün ölkəmizdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Genişlənmə üzrə Avropa Komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunneri qarşıladıq. Aİ üzvlüyü ölkəmiz üçün strateji məqsəd olaraq qalır. Biz Aİ ilə münasibətlərimizi bu anlayışa əsaslanaraq inkişaf etdirməyə hazırıq. Aİ-nin də Türkiyə ilə münasibətlərini obyektiv meyarlar və ləyaqət əsasında, heç bir ayrı-seçkilik olmadan inkişaf etdirməsini gözləyirik", - Fidan sosial media hesabında yazıb.
O, ümid etdiyini bildirib ki, “Avropa Komissiyasının üç mühüm üzvünün birgə səfəri Türkiyə ilə Aİ arasında münasibətləri istənilən səviyyəyə çatdırmaq üçün mühüm addım olacaq”.
Müəllif: Tural
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































