Avropa
Mertsin bir paylaşımı Almaniyanı qarışdırdı
Almaniya Federal Kansler Aparatı kansler Fridrix Mertsin Almaniya millisinin futbol üzrə dünya çempionatından kənarda qalması ilə bağlı “X” sosial şəbəkəsində etdiyi paylaşım ətrafında yaranan qalmaqala münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Der Tagesspiegel” nəşri məlumat yayıb.
Kansler aparatında paylaşım “çox təəssüf doğuran hal” kimi qiymətləndirilib. Mənbələr hadisəni daxili koordinasiya problemi ilə əlaqələndirib və “nə həmin tvit idi, nə həmin vaxt, nə də həmin düymə” ifadəsi ilə vəziyyəti izah ediblər.
Qalmaqal Almaniya millisinin Paraqvaya məğlub olaraq mundialla vidalaşmasından dərhal sonra başlayıb. Belə ki, Fridrix Merts paylaşımında futbolçulara təşəkkür edib, onların komanda ruhunu və mübarizəsini yüksək qiymətləndirərək çıxışı qürur mənbəyi adlandırıb.
Lakin azarkeşlər və ekspertlərin böyük hissəsi komandanın çıxışını zəif və uğursuz hesab ediblər. Kanslerin optimist mesajı ilə meydandakı nəticə arasındakı ziddiyyət sosial şəbəkələrdə istehza və tənqid dalğasına səbəb olub.
“X” istifadəçiləri Mertsin hansı oyunu izlədiyini sual edib, jurnalistlər isə onu cəmiyyətin əhvalını düzgün qiymətləndirməməkdə ittiham ediblər.
Artan təzyiqlərdən sonra kansler ikinci paylaşım edərək vəziyyəti yumşaltmağa çalışıb. O bildirib ki, qələbə də, məğlubiyyət də birlikdə yaşanmalıdır və Almaniya gerbini sinəsində daşıyan futbolçular hörmətə layiqdir.
Bununla belə, yeni açıqlama da müzakirələri dayandırmayıb. Tənqidçilər hesab ediblər ki, Merts komandanın zəif oyununu açıq şəkildə etiraf etməyib.
Adəm
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin





























.jpg)



