Avropa
İsveçdə yeni qanunlar qüvvəyə mindi - Onlar üçün vergilər azaldıldı, qiymətlər endirildi
İyulun 1-dən İsveçdə vergi siyasəti, sosial təminat, ictimai təhlükəsizlik və ailə hüququ sahələrini əhatə edən bir sıra qanunvericilik dəyişiklikləri qüvvəyə minib.
Publika.az xəbər verir ki, ən diqqətçəkən yeniliklərdən biri rəqs tədbirlərinə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) 25 faizdən 6 faizə endirilməsidir. Bundan başqa, ərzaq mağazaları və apteklər üçün nağd ödənişləri qəbul etmək məcburi olub. Banklar isə müştərilərinə nağd pul yatırmaq və valyuta mübadiləsi xidmətlərini təmin etməlidirlər.
Bu gündən etibarən ölkədə yaxın qohumlar – əmi, dayı, bibi və xala uşaqları arasında nikah qadağan edilib.
İctimai təhlükəsizliyin gücləndirilməsi məqsədilə polisin səlahiyyətləri də genişləndirilib. Polis hər hansı ictimai tədbirin insanların həyatı və sağlamlığı üçün təhlükə yaratdığını hesab edərsə, onun keçirilmə vaxtını və yerini dəyişdirə, yaxud tədbirin keçirilməsini qadağan edə biləcək. Həmçinin cinayət məsuliyyəti yaşına çatmamış uşaqlara münasibətdə müəyyən məcburi tədbirlərin tətbiqi imkanları artırılıb. Xüsusilə, polisə axtarış aparmaq, əmlakı müsadirə etmək və şəxsi axtarış həyata keçirmək üçün daha geniş səlahiyyətlər verilib. Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərdən biometrik məlumatların toplanması imkanları da genişləndirilib.
Eyni zamanda, sosial müavinət alan şəxslərə dair tələblər sərtləşdirilib. Onların məşğulluğun təşviqi proqramlarında iştirak etməsi məcburi olacaq.
Digər dəyişikliklər sırasında psixoloji zorakılığa görə cinayət məsuliyyətinin müəyyən edilməsi də yer alır. Bu əməllərə görə nəzərdə tutulan maksimal cəza dörd ilədək azadlıqdan məhrumetmədir. Bundan başqa, yaşlılara qulluq göstərən işçilər üçün İsveç dilini bilmək tələbi tətbiq edilib, benzin və dizel yanacağına tətbiq olunan vergilər azaldılıb, ilin sonunadək aylıq ictimai nəqliyyat biletlərinin qiyməti isə 50 faiz endirilib. Həmçinin külək elektrik stansiyalarının yaxınlığında yaşayan sakinlər kompensasiya almaq hüququ əldə edəcəklər. (Azrətac)
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin





























.jpg)



