Avropa
Bu ölkədə məzun gecəsində Ukrayna himni səsləndirildi: Etirazlar başladı
Polşada məktəb məzun gecəsində ənənəvi Polşa mahnıları əvəzinə Ukrayna himninin səsləndirilməsi qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə RT-nin rusdilli xidməti məlumat yayıb.
Şetsin şəhərində yerləşən təhsil müəssisəsinin rəhbərliyi məzun gecəsində Ukrayna himninin səsləndirildiyini təkzib etməyib. Şagirdlərin valideynləri isə bu qərarın onlarla razılaşdırılmadığını bildirərək deputatlara müraciət ediblər.
Bildirilib ki, "Yeni Ümid" partiyasının yerli təşkilatının rəhbəri Rafal Kuboviç məktəbə nəzarət edən aidiyyəti qurumlara şikayət ünvanlayıb.
O qeyd edib ki, məktəblər gənclərdə öz ölkəsinə hörmət əsasında vətəndaş mövqeyi formalaşdırmalıdır və məzun gecəsi başqa bir ölkənin himninin Polşa himni ilə eyni səviyyədə təqdim olunacağı yer deyil.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi məktəb rəhbərliyinin addımını tənqid edib, direktorun işdən çıxarılmasını tələb edib və baş verənləri xəyanət kimi qiymətləndirib.
Akqabay
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































