Avropa
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatdı
Rusiyanın Kiyevə həyata keçirdiyi kütləvi hava hücumu nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Bundan başqa, dağıntılar altında aparılan axtarışlar zamanı daha bir nəfərin meyiti aşkar edilərək çıxarılıb.
Qurumun məlumatına əsasən, paytaxtın zərbələrə məruz qalan ərazilərində axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.
Baş verən faciə ilə əlaqədar Kiyev şəhərində iyulun 3-ü matəm günü elan olunub. Şəhər meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində paytaxtın müxtəlif rayonlarında dağıntılar və maddi ziyan qeydə alınıb. Onun sözlərinə görə, zədələnmiş yaşayış binalarında hələ də dağıntılar altında qalan sakinlərin olduğu ehtimal edilir.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























