Avropa
Fransa hərbi qüvvələr göndərdi - Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün...
Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədilə Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərib.
Publika.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə paylaşım edib.
Makronun sözlərinə görə, qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır.
Fransa lideri bildirib ki, ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır.
"Bölgədə dəyişən vəziyyət nəzərə alınaraq Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Tulondakı bazasına qayıdır, digər hərbi vasitələr isə Yaxın Şərqdə yerləşdirilərək zərurət olduqda əməliyyatlara cəlb ediləcək", - deyə Makron qeyd edib.
O, Fransanın regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcəyini vurğulayıb.
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO





























.jpg)



