Avropa
Bu ölkə əcnəbilərin əmək istismarına qarşı mübarizəni gücləndirdi
Finlandiya hökuməti xarici işçilərin əmək istismarına qarşı mübarizəni gücləndirməyə yönəlmiş yeni qanun layihəsi hazırlayıb. Sənəd artıq ictimai müzakirəyə çıxarılıb, parlamentdə baxılması isə bu ilin payızına planlaşdırılır. Qanun qəbul ediləcəyi təqdirdə, yeni qaydaların gələn ilin mart ayında qüvvəyə minməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, qanun layihəsinə əsasən, Finlandiya Miqrasiya Xidməti əmək istismarında şübhəli bilinən işəgötürənlərə yaşayış icazələrinin verilməsindən imtina etmək, eləcə də qanun pozuntusuna yol verən şirkətlər üçün bu icazələri müvəqqəti olaraq dayandırmaq səlahiyyəti əldə edəcək.
Bundan əlavə, işəgötürənlərə xarici işçilərdən işə qəbul haqqı tələb etmək qadağan ediləcək. Bu tələbin pozulması yaşayış icazəsinin verilməsindən imtina üçün əsas kimi qiymətləndiriləcək.
Qanun layihəsi həmçinin mövsümi işçilərlə bağlı qanunvericiliyə texniki dəyişikliklərin edilməsini, eləcə də xarici işçilərin müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Bu çərçivədə əmək hüquqları barədə məlumatların bir neçə dildə təqdim olunması və etik beynəlxalq işə qəbul prinsiplərinin təşviqi kimi tədbirlərin genişləndirilməsi planlaşdırılır.
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























